Hikmət Hacıyev Baydenin müşaviri ilə sülh danışıqlarını müzakirə etdi — FOTO

XARİCİ SİYASƏT 22 dek 2022, 22:16
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan ilə Ermənistanla sülh müqaviləsi üzrə danışıqları müzakirə edib.

Demokrat.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tviterdə paylaşım edib.

“Biz Azərbaycan-Ermənistan arasında ikitərəfli əlaqələri, regional təhlükəsizlik məsələlərini, normallaşma və sülh müqaviləsi üzrə danışıqları nəzərdən keçirdik. Azərbaycanın regional sülh gündəmini irəli aparmaq əzmində olduğunu bildirdim”, - Prezidentin köməkçisi qeyd edib.

H.Hacıyev bildirib ki, faydalı qazıntı yataqlarının qeyri-qanuni istismarı və bunun nəticəsində ekoloji ziyana görə Laçın-Xankəndi yolunda Azərbaycan vətəndaşları haqlı etiraz edir.

"Ermənistanın “blokada” ilə bağlı iddiaları əsassız, qara təbliğat cəhdidir”, - H.Hacıyev əlavə edib.
 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top