Vaksinasiya ilə bağlı son vəziyyət — FOTO

SOSİAL 22 dek 2022, 17:06
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 513 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 201, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 109, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 181, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 22 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 928 983, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 395 000, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 875 208, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 394 308, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 264 467 nəfər təşkil edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top