“Sədərək Yusuf”in oğlunun evindəki oğurluqla bağlı qalmaqal — Məhkəmədə yeni faktlar açıqlanır

KRİMİNAL 21 dek 2022, 15:08
“Sədərək” ticarət mərkəzinin sahibi Yusif Qədimbəylinin oğlu Orxan Qədimbəylinin evindən oğurluqda ittiham olunan 1980-ci il təvəllüdlü Ruzan Cabbarovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Demokrat.az
xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə baş tutan prosesdə Ruzan cabbarovanın vəkili Günay İsmayılova vəsatətlə çıxış edib.

Vəkil bildirib ki, Ruzan Cabbarova həbs olunandan sonra ifadə verən zaman, həmçinin ifadəsinin yerində yoxlanılması zamanı vəkil iştirak etməyib. Amma rəsmi protokollarda vəkilin iştirak etməsi ilə bağlı imzalar var. 

Günay İsmayılova həmin imza sahibi olan vəkil İlqar Qəzənfər oğlu Musayevin telefon anten dairələrinin müəyyən edilməsi üçün mobil opreatora sorğu verilməsini istəyib. 

Günay İsmayılova qeyd edib ki, protokollarda vəkilin imzası olsa da, özü iştirak etməyib və belə olan halda da Ruzan Cabbarova müdafiəsiz qalıb. 
Vəkil həmçinin deyib ki, bununla bağlı Ruzan Cabbarovanın həyat yoldaşı Telman Cabbarov vəkilin hərəkətlərindən Vəkillər Kollegiyasına şikayət edib: “Bundan başqa, Ruzan Cabbarovanın həyat yoldaşı həmin vəkillə telefon danışığı zamanı ifadə götütrülən zaman, həmçinin ifadənin yerində yoxlanılması zamanı proseslərdə iştirak etməyib”. 

Günay İsmayılova deyib ki, istintaq başlanan zaman Səbail rayon Polis İdarəsində bir çox qanunpozuntularına yol verilib: “Bu qanun pozuntularından biri də Ruzan Cabbarovanın zərərçəkmişlə üzləşdirilməsi olub. Üzləşmə zamanı zərərçəkmiş yarımçıq oranı tərk edib və üzləşdirilmə protokoluna imza etməyib. Bundan sonra müstəntiq deyib ki, onun özü zərərçəkmişə protokola imza etdirəcək. Bundan başqa, müstəntiq tərəfindən Ruzan Cabbarova təhdid edilib, yalan danımaqda ittiham edilib. Beləliklə ondan təhdid altında ifadə alınıb. Belə qanunsuzluqlar edən idarədə vəklin giriş-çıxış sənədləşməsini də saxtalaşdırmaq mümkündür. Buna görə də vəkilin həmin gün harada olması ilə bağlı telefonunun anten dairəsinin müəyyən olunmasını istəyirik”.

Vəkil həmçinin məhkəməyə İlqar Musayevin Vəkillər Kollegiyasının rəyasət heyətində Ruzan Cabbarovanın həyat yoldaşının şikayəti əsasında dindirilməsi barədə rəsmi cavabını məhkəməyə təqdim edib. 

Hakim Səbinə Məmmədzadə həmin məktubu məhkəmədə elan edib. Məktubda qeyd olunub ki, 3 saylı vəkil brosunun vəkili İlqar Qəzənfər oğlu Musayev Vəkillər Kollegiyasının rəyasət heyətinə dəvət edilib və şikayət əsasında dinlənilib. Vəkil həmin dinləmə zamanı bildirib ki, barəsində deyinlərlə həqiqəti əks etdirmir. Qeyd edib ki, dövlət hesabına işə qoşulub, təqsirləndirilən şəxsin müdafiəçisi olub. İlqar Musayev heyət qarşısında izahatında Ruzan Cabbarovanın yüksək səviyyədə müdafiə etdiyini bildirib. Həmin sənədə görə, bu səbəbdən İlqar Musayevin barəsində Vəkillər Kollegiyasının rəyasət heyəti tərəfindən intizam icraatı başlanılmayıb. 

Tərkibdə olan hakim Əli Məmmədov bildirib ki, son vaxtlar dövlət hesabına dəvət olunan vəkillərin əvəzindən imzaların edilməsi barədə şikayətlər artırıb və bu səbəbdən bu məsələ ciddi araşdırılmalıdır. 

Vəsatətə münasibət bildirən prokuror Ziya Mansurov bildirib ki, vəsatətin təmin olunması üçün əsas yoxdur. Onun sözlərinə görə, Vəkillər Kollegiyasının rəsmi sənədindən də görünür ki, vəkilin izahatı alınıb və bu fakt təsdiqini tapmayıb: “Bundan başqa, vəkilin özünü məhkəməyə dəvət etmədən, onun dinləmədən telefonunun anten dariəsinin müəyyən edilməsi üçün mobil operatora sorğu verilməsi düzgün deyil. Biz məhkəmə araşdırmasını başlayaq, dinləmələrin nəticəsi olaraq həmin vəkili lazım olsa mçəhkəməyə dəvət edək. Onu dinləyəndən sonra anten darisənini müəyyən olunması üçün müraciət etmək olar. Mən həmin vəkili tanıyıram, çox vicdanlı insandır. Belə bir iş tutması mümkün deyil. Buna görə də vəsatət əsassızdır. Təmin olunmamasını istəyirəm”.

Zərərçəkmiş şəxslərin nmümayəndəsi Əbülfəz Zeynalov da vəsatəti əsassız edib və təmin olunmamasını xahiş edib. 

Ruzan Cabbarova isə deyib ki, vəkil İlqar Musayevi həbs olunan günün səhəri məhkəmədə barəsində həbs qətimkan tədbiri seçilən zaman görüb. Onun sözlərinə görə, sonrakı proseslər zamanı həmin vəkil onun yanında olmayıb. Ruzan Cabbarova vəkilinin vəsatəti ilə razı olduğunu deyib. 

Müşavirə keçirən hakim heyəti isə müdafiəçinin vəsatətini qismən təmin edib. Qərarda qeyd olunub ki, yalnız vəkil İlqar Musayevin 2022-ci ilin iyulun 20-də və 21-də harada olmasının müəyyən etmək üçün telefonunun anten dariələrinin məhkəməyə təqdim edilməsi üçün mobil operatora sorğu göndəriləcək. 

Hakim qeyd edib ki, o zaman vəkilin kimlərlə danışması barədə çıxarışın məhkəməyə təqdim olunması barədə vəsatətin həmin hissəsi isə təmin ediıməyib. Hakim bunu şəxsin şəxsi həyatına müdaxilə olması ilə bağlı olduğunu bildirib. 

Günay İsmayılova isə yalnız anten dairəsinin müəyyən olunmasını istəyirlər və qərarla razıdırlar. Prokuror isə qərara etiraz edib. Bildirib ki, vəkilin özündən həmin dövrdə harada olması ilə bağlı soruşmadan belə bir sorğunun verilməsi düzgün deyil. Prokuror bunun şəxsi həyata müdaxilə edilməsi kimi qiymətləndirib. Prokuror etirazının protokola qeyd olunmasını istəyib. 

Hakim isə qərar qəbul edildiyini və müzakirəyə ehtiyac olmadığını bildirib. Daha sonra məhkəmə istintaqının başlanılması barədə tərəflərin etiraz edib-etməmlərini soruşub. Tərəflər isə məhkəmə istintaqının başlanmasına etiraz etməyib. 

Daha sonra hakimlər məhkəmə istintaqının başlanılması barədə qərar qəbul ediblər və ittiham aktını elan etmək üçün prokurora söz verilib. 

Bundan sonra prokuror ittiham aktını elan etməyə başlayıb. İttiham aktı böyük həcimli olduğu üçün prokuror ittihamnaməni sona kimi oxumağa vaxt çatıdırmayıb. 

Yanvarın 10-da prokurorun ittiham aktını elan etməsi ilə proses davam edəcək. 

İttihama görə, Ruzan Cabbarova Orxan Qədimbəlinin İçərişəhərdə yerləşən evində xadimə işləyib.

İstintaq sənədlərinə görə, Ruzan Cabbarova Orxan Qədimbəyli və onun həyat yoldaşı Fəridə Qədimovaya məxsus qızıl-zinnət əşyaları və nağd pul oğurlayıb. O, ümumilikdə Oxran Qədimbəyli və Fəridə Qədimovaya 803 min 118 manat ziyan vurub.

İstintaq zamanı Ruzan Cabbarova bu ittiham üzrə özünü qismən təqislri bilib. O, ifadəsində göstərib ki, zərərçəkmişlərin evində işlədiyi dövrdə ehtiyacı olduğu üçün qızıl-zinnət əyşları və nağd pul oğurlayıb. Apardığı əşyları yaşadığı Zabrat qəsəbəsində evinin həyətində yerləşən torpaq sahəsinə basdırıb.
İşin üstü açılandan sonra pul, qızıl və digər əşyaların yerini polislərə özü göstərib. Həmin əşylar tapılaraq sahiblərinə qaytarılıb. Ziyan 217 min manat olub.

İstintaq orqanı tərəfindən Ruzan Cabbarovanın barəsində Cinayət Məcəlləsinin 177.4-cü (xüsusi ilə külli miqdarda oğurluq etmək) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə zərərçəkmiş qismində Orxan Qədimbəyli və onun həyat yoldaşı Fəridə Qədimova tanınıb.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top