"Maliyyə yardımı mətbuatın peşəkarlaşması istiqamətində aparılan islahatların davamıdır"

MEDİA 20 dek 2022, 21:12
"Son illər Azərbaycanda hər sahədə olduğu kimi, media sahəsində də islahatlar aparılır".

Bunu Demokrat.az-a açıqlamasında Mətbuat Şurasının İdarə Heyətinin üzvü Hacıbəy Heydərli deyib. 

"Bu islahatların nəticəsi olaraq yaradılan Medianın İnkişafı Agentliyi də  həyata keçirdiyi layihələrlə cəmiyyət tərəfindən çox müsbət qarşılanır. Agentliyin həyata keçirdiyi layihələr, media savadlığının artırılması istiqamətində görülən işlər, media savadlılığının artırılması istiqamətində xaricdən peşəkar jurnalistlərin dəvət olunması, bölgələrdə region mətbuatının inkişafı istiqamətində görülən işlər və onlayn media subyektlərinə də maliyyə yardımının ayrılması bu islahatların bir parçasıdır. Bilirsiniz ki, son illərə qədər yalnız qəzetlərə maliyyə yardımı ayrılırdı. Cəmiyyətin nəbzini döydürən xəbər saytlarına, media subyektlərinə maliyyə yardımı ayrılmırdı. Media İnkişafı Agentliyi yarandığı ilk gündən bu istiqamətdə işlər apardı və onlayn media subyektlərinə də dövlət dəstəyinin verilməsiylə bağlı yardım edilməsiylə bağlı layihə həyata keçirdi. Bu layihə də xəbər saytlarının, media subyektlərinin daha da peşəkarlaşmasına, fəaliyyətlərinin daha dürüst, şəffaf qurulmasına böyük yardımçı oldu. Artıq zaman göstərir ki, onlayn media subyektlərinə maliyyə yardımı Azərbaycan mətbuatının peşəkarlaşması istiqamətində aparılan  islahatların davamıdır".

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top