İstanbulda tramvay qəzası — 4 nəfər yaralandı (FOTOLAR)

REGİON 20 dekabr 2022, 20:36
İstanbulda T1 Kabataş-Bağcılar tramvayı Kabataş stansiyasında relsdən çıxaraq dirəyə çırpılıb. 

Demokrat.az-ın xəbərinə görə, qəza nəticəsində 4 sərnişin xəsarət alıb. Hadisə yerinə sağlamlıq və xilasetmə briqadaları göndərilib.

Qəza ilə əlaqədar əraziyə polis, səhiyyə və yanğınsöndürmə briqadaları gəlib. 112 Təcili Tibbi Yardım briqadası tərəfindən ilkin yardım edilən yaralılar şəhərdəki xəstəxanalara aparılıb.

Tramvay sərnişinləri reyslərin qrafikinin pozulması səbəbindən stansiyadan uzaqlaşdırılıb.







Jalə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 iyul 2025, 22:58
Top