Ermənistan parlamentində “Laçın dəhlizi” ilə bağlı MÜBAHİSƏ

REGİON 20 dek 2022, 15:40
“Laçın dəhlizi” üçtərəfli bəyanata əsasən, Rusiya sülhməramlılarının nəzarətindədir, ora birbaşa onlar nəzarət edirlər.

Demokrat.az
xəbər verir ki, bunu Ermənistan parlamentin tribunasından vitse-spikeri Ruben Rubinyan deyib.

Onun sözlərinə görə, Rusiya sülhməramlıları “Laçınski dəhlizi”nə nəzarəti bərpa etməlidir.

Rubinyan “Hayastan” müxalifət blokundan olan deputat Qeqam Manukyanın Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryana qarşı ittihamlarına cavab verib.

"Absurdun həddi-hüdudu yoxdur. Amen Qriqoryanın anası da Qarabağda yaşayır və hazırda blokadadadır. O Qarabağdan niyə imtina edir? Ciddisiniz?", - Ruben Rubinyan müxalifətə səslənib.

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da parlamentin növbədənkənar iclasında Rusiyadan narazılıq edib:

"Mən müxalifəti bu istiqamətdə işləməyə çağırıram ki, Rusiya öz öhdəliklərini yerinə yetirsin və “Laçın dəhlizin”də nəqliyyatın fasiləsiz və təhlükəsiz hərəkətini təmin etsin. Biz də Rusiya ilə birlikdə “Laçın dəhlizi”nin tez bir zamanda açılması üçün işləyirik".

Onun sözlərinə görə, hakimiyyət böhranı həll etmək üçün bütün vasitələrdən istifadə edir.

Hakim “Mülki müqavilə” partiyasından olan deputat Arman Eqoyan müxalifətin ittihamlarını rədd edərək, deyib “Laçın dəhlizi”nin bağlanmasına görə məsuliyyət Rusiyanın üzərinə düşür.

““Laçın dəhlizi” Rusiya Federasiyası Silahlı Qüvvələrinin nəzarəti altındadır. Hazırda kim güclüdür? Ermənistan Respublikası, yoxsa Rusiya Federasiyası. Mənə elə gəlir ki, Rusiya. Daha böyük ordusu var, atom bombaları və raketləri var, iqtisadiyyatı daha güclüdür. İndi müxalifət mahiyyətcə deyir: “Ermənistan Respublikası, Rusiya Federasiyasının bacarmadığını niyə siz edə bilmirsiniz?”. Dedikləriniz məntiqdən uzaqdır. Başqa bir sual, belə bir vəziyyətdə necə davranmalıyıq. “Laçın dəhlizi” məsələsində Ermənistan Rusiya Federasiyasına kömək etməlidir, ya yox?.. Əgər kömək edirsə, deməli, kömək etdiyini bildirməliyəm. Məsələn, o, BMT Təhlükəsizlik Şurasının iclasını çağırıb”, - hakim partiyadan olan deputat bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top