"Sahibkarlar üçün yeni imkanlar yaradılacaq" — Deputat

İQTİSADİYYAT 20 dek 2022, 13:14
"Ölkəmizdə  çox böyük sürətlə cürbəcür çeşidli məhsul istehsal edən müəssisələr açılır".

 Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Rüfət Quliyev deyib. Deputat qeyd edib ki, açılan müəssisələrə  mütləq kömək edilməlidir:

"Ölkəmizdə həm kiçik, həm də orta müəssiələr var. Bunlara kömək etmək lazımdır ki, onlar öz yerini tutsun və xaricdən gələn məhsulla rahat formada rəqabət apara bilsin. Bu bizə daha çox vacibdir. Bu, həm də gələcəkdə inflyasiyanın qabağını almağa, həm də işsizliklə əlaqədar problemləri həll etmək üçün vacibdir. Bu günləri Gömrük Komitəsi iqtisadi maliyyə blokunun bir qolu kimi çox böyük işlər aparır. Hesab edirəm ki, bununla daha çox sahibkarlara rahatlıq yaranacaq. Yəni, 24 saatın içində onların bütün suallarına cavab veriləcək. Bununla da, bütün süni maneələr aradan götürüləcək".

Nəzrin
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top