Zelenski Saakaşviliyə görə Gürcüstana müraciət etdi

DÜNYA 20 dek 2022, 09:48
Ukrayna Prezidenti Volodimir Zelenski Gürcüstan xalqına müraciət edib.

Demokrat.az
Ukrayna mətbuatına istinadən xəbər verir ki, müraciət eks-prezindent Mixail Saakaşvili ilə əlaqədardır.

Zelekski bildirib ki, o, Gürcüstandakı bütün dostlarına və sadəcə vicdanlı insanlara müraciət edir:

“Yəqin ki, indi hamı Mixail Saakaşvilinin vəziyyətini görə bilər. Ona görə də mən Gürcüstan xalqına, Gürcüstanın hakimiyyət orqanlarına müraciət edirəm. Miladdan əvvəl mərhəmət göstərilməlidir”.

Xatırladaq ki, Mixail Saakaşvili 2021-ci il oktyabrın 1-də Tbilisidə saxlanıldığı gün aclıq aksiyasına başlamışdı. O, 50 günlük aksiyadan sonra Qori hərbi hospitalında reabilitasiya kursu keçmiş, 2021-ci il dekabrın 30-na keçən gecə 12 saylı Rustavi həbsxanasına köçürülmüşdü. O, cari ilin mayında uzun müddət davam edən aclıq aksiyasından sonra müalicə alması üçün Tbilisidə klinikaya yerləşdirilib. Gürcü siyasətçi bundan əvvəl iki cinayət işi üzrə qiyabi olaraq mühakimə olunub və ümumilikdə 9 il müddətinə azadlıqdan məhrum edilib. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top