"Rusiya 2023-cü ilin əvvəlində Moldovanı işğal etməyi planlaşdırırdı"

DÜNYA 19 dek 2022, 21:22
"Rusiya 2023-cü ilin əvvəlində Moldova ərazisini işğal etməyi planlaşdırırdı. Bu planların həyata keçirilməsi Ukraynada müharibənin inkişafından asılıdır".

Demokrat.az xəbər verir ki, bu fikri Moldova  Kəşfiyyat və Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandru Musteata Moldova TVR telekanalına müsahibəsində bildirib .

Onun sözlərinə görə, Rusiyanın Moldovaya təcavüzü riski gələn il də davam edəcək.

"Məsələ Rusiya Federasiyasının Moldova ərazisinə hücum edib-etməyəcəyi deyil, bunun nə vaxt baş verəcəyidir: ya ilin əvvəlində, ya da yanvarda, fevralda, mart, apreldə ola bilər"-deyə o bildirib.

Leyla
Demokrat.az


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top