Azərbaycana il ərzində gələn turistlərin sayı nə qədər olacaq?

TURİZM 18 dek 2022, 16:30
Bu ilin sonuna Azərbaycana gələn turistlərin sayının 1,5 milyonu keçəcəyini gözləyirik.

Demokrat.az
xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə deyib

O bildirib ki, bu ilin yanvar-noyabr aylarında Azərbaycana 1,4 milyon xarici vətəndaş gəlib:

“Bu, əvvəlki illə müqayisədə 2 dəfə və ya 110 % çoxdur. Koronavirus pandemiyasından əvvəlki 2019-cu illə müqayisədə isə 2 dəfə azdır. Məqsəd turizm sektorunda pandemiyadan əvvəlki dövr göstəricilərini üstələməkdir.

Yaxın 4 ildə əsas məqsədimiz turist axınını 4 milyon insana çatdırmaqdır”./Report

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top