Nazirin bacısı oğlu keçmiş icra başçısının əmlakını əlindən alıb — FOTO

GÜNDƏM 18 dek 2022, 11:24
Naxçıvanda baş verən olaylarla bağlı yeni faktların üzə çıxması davam edir.

“Yeni Sabah”a danışan məlumatlı Naxçıvan sakinlərindən biri Şahbuz rayonunun keçmiş polis rəisi Elnur İsmayılov haqda maraqlı faktlar açıqlayıb.

O, keçmiş rəisin Şahbuz sakinlərinə qarşı qeyri-qanuni əməllərindən danışıb. İddia edir ki, E. İsmayılov rəis işlədiyi zaman Kolanı kənd sakinlərindən külli miqdarda pul alıb. Müxtəlif vasitələrlə kənddə mağaza işlədən Vəsaibdən 5 min, sürücü Yaməndən 4 min, Əlfəddindən 2 min, Ziyadan bir min, Elgündən 2 min manat aldığını bildirir.

“Onlar rəisin tələbi ilə mal-heyvanlarını sataraq pulunu Elnur İsmayılova verdilər. Həmin pullarla rəis Ağbulaq kəndində özünə villa tikdirib. Rəis həmin villanın tikintisində poli əməkdaşlarını fəhlə əvəzinə işlədirdi. 

Elnur İsmayılov Naxçıvanın Daxili işlər naziri Fazil Ələkbərovun bacısı oğlu idi və bundan istifadə edirdi”.

Mənbə deyir ki, E. İsmayılov rəis olduğu zaman Şahbuz rayonunun keçmiş içra başçısı Nurəddin Quliyevin də tövləsini əlindən alıb. O, bu hadisələrin 2020-2021-ci illər ərzində baş verdiyini və bu işlərin əksərini Zahir və Elməddin adlı müavinlərinin vasitəsi ilə həyata keçirdiyini bildirir. 

Qeyd edək ki, açıq mənbələrdə Elnur İsmayılov haqqında kifayət qədər qalmaqallı və neqativ xəbərlər mövcuddur. Onun yol hərəkəti qaydalarını pozan və 50-60 manatlıq cəriməsi olan bu pozuntulara görə sürücülərdən 1000 manat tələb etməsi haqda məlumatlara rast gəlmək mümkündür. 

Səslənən ittihamlarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top