Vardanyan Xankəndidə "mitinq" üçün adam tapmır - Özü etiraf edir

SİYASƏT 17 dek 2022, 11:01
Rusiyalı milyarder, qeyri-qanuni yollarla varlanaraq qanunsuz şəkildə Kremldən aldığı tapşırıqlarla Xankəndinə gələn Ruben Vardanyan "dövlət naziri" adı altında öz şousunu oynamağa davam edir. Qeyd edək ki, artıq 4-cü gündür Laçın yolunda azərbaycanlı fəallar məhz bu erməni oliqarxın qanunsuz olaraq Azərbaycanın təbii sərvətlərini talamasına etiraz edir, onun qanunsuz əməllərinə son qoyulmasını tələb edirlər.

Hafta.az bildirir ki, Ruben indi də Xankəndidə növbəti "mitinq şousu"nu təşkil etmək istəyir.

Bununla belə, onun bu istəyi bir "amma" ilə qarşılaşıb. Erməni mətbuatının yazdığına görə, Vardanyan "mitinq"ə istədiyi qədər adam toplaya bilməyəcəyindən qorxur. Belə ki, Xankəndi və digər ərazilərdə y  aşayan ermənilərin separatçılara inamları getdikcə azalır. Bunu Vardanyanın "mitinq"lə bağlı bəyanatında da görmək mümkündür:

"Bu gün səhər dedim ki, uzun yol gedəcəyik, sabah Stepanakertdə (Xankəndi red.) mitinq olacaq. “Bizim bu mitinqi 1990-cı illərin əvvəllərində olduğu kimi göstərməklə bağlı problemimiz var. Hakimiyyətlə xalq arasında səmimi ünsiyyət olmalıdır. Ona görə də uzun-uzadı müzakirələrdən sonra qərara gəldik ki, sabah Martakertə (Ağdərə red.) gedək, saat üçdə orada iclas keçirək, insanlarla ünsiyyətdə olaq, ertəsi gün Martuniyə (Xocavənd red.), ertəsi gün Əsgərana gedək. Və yalnız bundan sonra Stepanakertdə (Xankəndi red.)mitinqin necə təşkil olunacağı bəlli olacaq.

Problemlər çoxdur, vəziyyət çox dinamik şəkildə dəyişir və istənilən addımda bütün vətəndaşların fikrinə güvənməyimiz vacibdir. Əminəm ki, çox səmimi və açıq müzakirələrimiz olacaq”.

Göründüyü kimi, Vardanyanın yalan vədlərinə ermənilərin özləri belə inanmamağa başlayıb. Bu səbəbdən də, o, bir-bir rayonları gəzərək Xankəndi "mitinq"inə adam toplamaq üçün nə edəcəyini bilmir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top