“Azərişığ”ın əməkdaşlarını cərəyan vurdu — Ölən var

HADİSƏ 16 dek 2022, 20:07
“Azərişığ”ın iki əməkdaşını elektrik cərəyanı vurub.

“Qafqazinfo”nun məlumatına görə, hadisə elektrik yarımstansiyasında baş verib.

Belə ki, Ağdaş Elektrik Şəbəkəsinin əməkdaşları 1983-cü il təvəllüdlü Nəbiyev Ceyhun Vahid oğlu və 1986-cı il təvəllüdlü Mustafayev Elşən Etibar oğlunu elektrik cərəyanı  vurub.

Hadisə zamanı Nəbiyev Ceyhun Vahid oğlu hadisə yerində dünyasını dəyişib, Mustafayev Elşən Etibar oğlunun isə vəziyyəti ağırdır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top