“Qarabağda talançılıqla bağlı çox ciddi faktlar var”— Aksiya iştirakçısı

GÜNDƏM 15 dekabr 2022, 21:21
“Artıq üç gündür ki, Şuşa-Xankəndi yolunda aksiyaları müşahidə edirəm. Etirazçıların tələblərindən hələ heç biri yerinə yetirilməyib. Lakin havanın temperaturundan asılı olmayaraq aksiyaçılarımız 7/24 Şuşa yolunda öz qanuni tələblərini yerinə yetirilməsi ilə bağlı mütləq şəkildə fikirlərini səsləndirirlər”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, siyasi şərhçi Tural İsmayılov deyib. Analitik aksiyaya yeni vətəndaşlarımızın da qoşulduğunu diqqətə çatdırıb:

“Saysız könüllülərimiz, ictimai fəallarımız və vətəndaş cəmiyyətinin nümayəndələri bölgəyə axın edirlər. Qarabağda talançılıqla bağlı çox ciddi faktlar var. Əslində, rus sülhməramlılarının Azərbaycan müşahidə missiyasına şərait yaratmamağının da səbəbi orada talançılıqların üzə çıxarması qorxusuyla bağlı olan bir məsələdir. Burada apardığımız söhbətlər və müşahidələrimiz, tədqiqatlarımız nəticəsində belə güman etmək olar ki, rus sülhməramlıları azərbaycanlıların təbii sərvətlərimizlə bağlı monitorinq aparmağında əsla maraqlı görünmür. Bütövlükdə isə separatçılar və qanunsuz silahlı birləşmələrin Xankəndi və ətrafından məskunlaşması Azərbaycan sərvətlərinin talan edilməsi prosesinin davamlı xarakter aldığını söyləyimizə əsas verir. AmmaŞ burada ən önəmli məsələ ondan ibarətdir ki, mütləq şəkildə müşahidə missiyasına şərait yaradılmalıdır. Əksi olacağı təqdirdə buradakı etiraz aksiyalarının dayanacağını düşünmürəm”.

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top