DTX hərbi qulluqçuları və işçilərinin ştat sayının həddində dəyişikliklər təsdiqləndi

GÜNDƏM 15 dek 2022, 20:06
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) hərbi qulluqçularının və qurumun sisteminə işə götürülən işçilərin ştat sayının həddində dəyişikliklər təsdiqlənib.

Prezident İlham Əliyev “Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına saxlanılan Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularının və Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin sisteminə işə götürülən işçilərin ştat sayının həddi”ndə dəyişikliklərin təsdiq edilməsi haqqında fərman imzalayıb.

Nazirlər Kabinetinə fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top