Saakaşvili aclıq aksiyasına başladı

REGİON 14 dek 2022, 16:15
Gürcüstanın həbsdə olan sabiq prezidenti Mixail Saakaşvili aclıq aksiyasına başlayıb.

Demokrat.az
Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bu barədə onun vəkili Şalva Xaçapuridze məlumat verib.

Vəkil Saakaşvilinin aclıq aksiyasının səbəbini açıqlayıb. Belə ki, eks-prezident onun mühakimə olunduğu məhkəmə proseslərində iştirakına imkan yaradılmamasına etiraz əlaməti olaraq başlayıb.

"Mən səhhətimlə bağlı riskli vəziyyətin fərqindəyəm. Amma heç olmasa, videokonfrans vasitəsilə məhkəmə iclaslarına qatılmağıma şərait yaradılması ilə bağlı zəmanət alana qədər aclıq aksiyasını davam etdirəcəyəm", - vəkil Saakaşvilinin mesajını çatdırıb.

Qeyd edək ki, həbsdə M.Saakaşvilinin vəziyyəti pisləşmişdi. Analizin nəticəsində onun bədənində ağır metallar olduğu üzə çıxmışdı.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top