Zelenski Ukraynanın bərpası üçün 12 milyard avro ayırmağı xahiş etdi

DÜNYA 13 dek 2022, 23:06
Ukrayna prezidenti Volodimr Zelenski ölkəni bərpa etmək üçün 12 milyard avro istəyib.

Demokrat.az Ukrayna mətbuatına istinadən xəbər verir ki,  prezidenti Volodimir Zelenski Fransada Ukraynaya dəstək mövzusunda keçirilən beynəlxalq konfransda çıxış edib.

Çıxışı zamanı o, ölkənin yenidən  bərpası üçün kömək istəyib.

“Hamınızı indi qoşulmağa dəvət edirəm. Ümumilikdə hərbi əməliyyatlar 11 rayonun ərazisinə çox pis  təsir edib. Bizim bərpa işimizin həcmi 50 mindən çox obyekti əhatə edib ki, bu da 12 milyard avrodan çoxdur. Ukraynanın dirçəlişi üçün xeyli maddi vəsait lazımdır"- deyə dövlət başçısı konfrans iştirakçılarına videomüraciətində bildirib.

Leyla
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top