Hacı Əliyev 16 yaşlı Turandan danışdı: “Bəlkə də, gələcəyin Olimpiya...” — VİDEO

İDMAN 12 dek 2022, 17:10
"Gənc cüdoçunun ölümündən bütün idman ictimaiyyəti məyus oldu. Yeniyetmə bir idmançımız idi, bəlkə də gələcəyin olimpiya və dünya çempionu ola bilərdi. Avaralığa, kriminala və narkotikə meyilli olan idmançılara səslənirəm ki, öz gəncliklərinin qədrini bilsinlər".

Demokrat.az
xəbər verir ki, bu sözləri MTV kanalına açıqlamasında Olimpiya mükafatçısı, 3 qat Dünya çempionu Hacı Əliyev bildirib.

O əlavə edib ki, bəzi idmançılar qazandıqları nəticə onları çaşdırır: "Valideyn hər yaşda övladını qorumalıdır ki, idman sahəsində oxşar hallar baş verməsin. Yarışlar zamanı istərdim ki, girişdə nəzarət gücləndirilsin".

Olimpiya mükafatçısı, 3 qat Avropa çempionu Cəbrayıl Həsənov da mövzu ilə bağlı deyib ki, bu hadisə həm güləşçilər, həm də digər idmançılara da pis təsir edib: "Hər məşq zamanı biz də idamnçılara izah edirik ki, belə hadisələrə yol verməsinlər".

BAKU.WS

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top