"Azərbaycan Dəmir Yolları" daha 10 yeni qatar alır

İNFRASTRUKTUR 12 dek 2022, 13:13
"Azərbaycan Dəmir Yolları" QSC daha 10 yeni sərnişin qatarının alınmasına dair müqavilə bağlayıb.

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında səhmdar cəmiyyətinin sədri Rövşən Rüstəmov bildirib.

Onun sözlərinə görə, qatarların bir hissəsi gələn ilin sonuna qədər ölkəyə gətiriləcək.

"Yeni qatarların bir hissəsi Bakı-Sumqayıt xəttində, digər hissəsi isə regionlara sərnişin daşımalarında istifadə ediləcək", - sədr deyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top