"Tək yaşayıram, nəvələrimə mane olmaq istəmirəm" — Ofeliya Sənani (VİDEO)

MƏDƏNİYYƏT 11 dek 2022, 00:18
"Günaydın Azərbaycan" proqramı Xalq artisti Ofeliya Sənaninin evində qonaq olub. 

Axşam.az xəbər verir ki, aparıcı tək yaşadığını bildirib. 

"Pişiklərimlə yaşayıram. Nəvələrim, nəticələrim var. Amma onlara mane olmaq istəmirəm. Evdə oturmaq darıxdırıcı deyil, yenə də səsyazmalara gedirəm: uşaqlar üçün nağıllar oxuyuram. Birinci gün 5-6 səs yazıb, axşamlar qulaq asıram. Evimdə dörd televizor var. 

44 günlük Vətən müharibəsi ərəfəsində mən yemək yeyə bilmirdim. Ayaqüstə bir loxma atırdım ağzıma, fikir çəkirdim. Axırda gedib 200 manat pul göndərdim, sonra rahatladım. Şəhid ailəsi görəndə ağlayıram. Qazilərə isə pensiyamdan hərdən 200 manat göndərirəm" deyə, O.Sənani söyləyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top