İki gün əvvəl qətlə yetirilən şəxsin atası öldü

HADİSƏ 10 dek 2022, 17:51
Biləsuvarda iki gün əvvəl qətlə yetirilən Mehtun Qarayevin atası da vəfat edib.

Demokrat.az xəbər verir ki, Xırmandalı kəndində qətlə yetirilən Mehtun Qarayevin atası Ramiz Qarayev dünyasını dəyişib. Onun xərçəng xəstəliyindən əziyyət çəkdiyi bildirilir.

Qeyd edək ki, iki gün əvvəl 1985-ci il təvəllüdlü Cavad Eynulla oğlu Kazımov qisas məqsədilə, 1982-ci il təvəllüdlü Mehtun Ramiz oğlu Qarayevi baş və bel nahiyəsinə ov silahından atəş açaraq qətlə yetirib. /APA

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top