Bakıda polisdən qaçıb zirzəmidə gizlənənlər tutuldu

KRİMİNAL 09 dek 2022, 18:57
Bakıda oğurluqda şübhəli bilinən 4 nəfər binanın zirzəmisində saxlanılıb. 

Demokrat.az
Qaynarinfo-ya istinadən xəbər verir ki, hadisə bir neçə gün əvvəl Nərimanov rayonunda baş verib. Belə ki, axşam saat 19:50 radələrində polisə 2 saylı binanın zirzəmisində bir qrup oğurluq etməkdə şübhəli bilinən şəxsin toplaşması məlumatı daxil olub. 

Dərhal polislər binanın zirzəmisinə daxil olub və qapalı otaqda 4 nəfərin öz aralarında söhbət etdiklərini görüb, onlara yaxışlaşıblar.  Həmin şəxslərin şəxsiyyət vəsiqələri tələb edildikdə, özlərini qeyri-adekvat apararaq digər zirzəmiyə qaçmağa cəhd ediblər. Lakin zirzəminin digər giriş-çıxışları polis əməkdaşları tərəfindən nəzarətə götürüldüyündən onların qaçmasının qarşısı alınıb, saxlanılması təmin edilib.

Saxlanılan şəxslər inzibati ərazidə baş vermiş cinayət hadisəsində şübhəli olduğu və polisin qanuni tələbinə tabe olmadığı üçün Polis Şöbəsinə gətirilib, şöbədə şəxsiyyətləri müəyyən edilib.

Saxlanılanlar məhkəmənin qərarı ilə həbs olunublar.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top