Qış turizmi: İmkanlar az, qiymətlər isə bahadır

SOSİAL 09 dek 2022, 18:27
“Ümumiyyətlə, qış turizmi dünyanın hər yerində bahalı turizm növü sayılır”. 


Bu fikirləri Demokrat.az-a açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli deyib. İqtisadçının sözlərinə görə,  bu turizm sahəsində qoymətlərin baha olması normaldır. 



 “Bu, orta sinif və daha yuxarı insanların əylənmək və dincəlmək məkanları kimi sayılır. Ona görə də, bu sahədə qiymətlərin baha olması normaldır. Azərbaycanda ciddi rəqabət mühiti olmadığına görə, qiymətlər də yüksəkdir. Problem odur ki, hətta varlı insanların istirahət növü kimi qəbul olunmuş qış turizm obyektlərinə belə dövlət büdcəsindən dotasiyalar verilir. Gələn il məsələn Şahdağ Turizm Mərkəzinə  dövlət büdcəsindən 12 milyon manat dotasiya veriləcək. Bu, anlaşılan deyil və anormallıqdır. Ən azından bu yanaşma doğru deyil. Ona görə də, bu sahədə qiymətlərin tənzimlənməsi üçün ciddi bir rəqabətli mühit lazımdır. Gələcəkdə işğaldan azad olunmuş torpaqların təhlükəsizliyi ilə bağlı problemlər həll ediləndən sonra Kəlbəcərdə də, Laçında da belə mərkəzlərin yaradılması mümkündür. Nə qədər çox mərkəzlər olacaqsa, bir o qədər seçim imkanları genişlənəcək. Seçim imkanların genişlənməsi qiymətlərin tənzimlənməsində də rol oynayacaq. Amma, qış turim növü heç vaxt ucuz olmayacaq. Çünki xərci çoxdur, spesifik istirahət növüdür, bu sahədə istirahət edənlərin bəyəndiyi və sevdiyi istirahət növü olduğuna görə, insanlar öz vəsaitlərinə uyğun olaraq qış turizm növünü seçirlər”.

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top