"FHN peşəkar fəaliyyət ortaya qoymaqdadır" — Deputat

SOSİAL 09 dek 2022, 18:14
"Bu gün Cənab Prezidentin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə yüksək inkişafı biz müşahidə edirik".

Bu fikirləri Demokrat az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib. Deputat qeyd edib ki, bütün müsbət təklifləri və təşəbbüsləri Cənab Prezident bilavasitə dəstəkləyir. 

"Bu gün Fövqəladə Hallar Nazirliyinə də yeni avadanlıqları verildi. Bildiyimiz kimi, bunlar əsasən işğaldan azad olunmuş ərazilər üçün nəzərdə tutulmuşdur. Bu dövlətimizin bir daha vətəndaşlarımızın təhlükəsizliyinin, əhalinin sağlamlığının qorunmasının  göstəricisidir. Bu gün Azərbaycanda təhlükəsizliklə bağlı və bir sıra fövqəladə hallarla bağlı vəzifəni məhz Fövqəladə Hallar Nazirliyi daşıyır. Bu gün biz deyə bilərik ki, bu qurum da bu vəzifənin öhdəsindən gəlmək üçün davamlı olaraq müxtəlif tədbirləri həyata keçirir. Bu tədbirlərin həyata keçirilməsi üçün də texnikaların olması, bu texnikaların yüksək keyfiyyətə malik olması da önəmlidir.Bu gün  Azərbaycan dövləti bunu uğurla icra edir. Bu addımlar da, tədbirlər də Fövqəladə Hallar Nazirliyinin fəaliyyətinin daha da yüksək səviyyədə qurulmasına, fəaliyyətinin təkmilləşməsinə, peşəkar səviyyədə icrasına heç şübhəsiz ki, birmənalı olaraq müsbət təsir göstərəcək".

Nəzrin
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top