Bizim qabağımızda heç kim dayana bilməz! — Xalq artistləri meydan oxudu

İNCƏSƏNƏT 09 dek 2022, 15:50
Ötən gün Azərbaycanın tanınmış aktyorları - Xalq artistləri Valeh Kərimov, Hacı İsmayılov, Əli Nur, Ramiz Məlik və Səidə Quliyevanın işdən çıxarılması ilə bağlı mətbuatda məlumatlar yer alıb. 

Daha sonra Mədəniyyət Nazirliyindən bildirilib ki, mövcud qanunvericilikdə 65 yaşına çatmış şəxslərin təqaüdə çıxması nəzərdə tutulur.

Mövzu ilə bağlı adı siyahıda çəkilən Xalq artisti Səidə Quliyeva Yenisabah.az-a danışıb. Aktrisa yayılan məlumatları təkzib edib və bildirib ki, hazırda Akademik Milli Dram Teatrında fəaliyyətini davam etdirir:

“Məni teatrdan çıxarmayıblar, heç belə söhbət də olmayıb. Nəinki məni, heç kimi çıxarmayıblar. Niyə məni teatrdan çıxarsınlar? Məndən böyük yaşda olan aktyorlar var, 72-73 yaşlı aktrisalar, 85 yaşlı aktyorlar var, hamısı da işləyir. Azərpaşa Nemətov neçə ildir orada müdirdir, heç kəsi işdən çıxarmayıb. Eləcə də mən. Səhvən İlham Rəhimli mənim də adımı çəkib, bilməyərəkdən, məni çox sevdiyindən olub. Bu gün də gündəmdəyəm də, bəxtəvər başıma. Bayaqdan telefonum susmur. Məni narahat etməsinlər, heç vaxt belə söhbət olmayıb.

Yaşıma görə niyə işdən çıxarılım, hələ mart ayında 65 yaşım tamam olub. Bizim teatrda belə söhbət yoxdur”.

Xalq artisti Əli Nur da yayılan məlumatları təkzib edib:

“Bunlar hamısı boş cəfəngiyyatdır. Bunu kim nəyə görə yayır bilmirəm. Fəaliyyətimi davam etdirirəm. Sumqayıt teatrdan Valeh Kərimov, Mənsumə Babayeva, Gənc tamaşaçılar teatrından Tariyel Qasımov çıxarılıb. Biz brend, seçilmiş aktyorlarıq. Bizim qabağımızda heç kəs dayana bilməz. Bizim teatr haqda Ulu Öndər nə qədər xoş sözlər deyib, Prezidentimiz hər zaman teatrmıza qayğı göstərib. Bu gün bizim qabağımızda bu gün dayana biləcək elə bir aktyor yoxdur ki, bizimlə cəngə girsin. Biz səhnəyə çıxan kimi tamaşaçını ayağa qaldırırq. Bizdə o qədər güc, enerji, istedad var ki, hər zaman işimizin öhdəsindən gələ bilirik. Belə aktyorlar niyə işdən çıxarılsın ki?!” 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top