Qızılgül çələngi ilə gündəmə gəlmiş keçmiş başçı yüksək vəzifəyə təyin oluna bilər

MARAQLI 09 dek 2022, 14:53
Şagirdlərin qızılgül çələngi altından keçməsi ilə gündəmə gəlmiş Salyan rayon İcra Hakimiyyətinin sabiq başçısı Tahir Kərimov yaxın vaxtlarda yüksək vəzifəyə təyin oluna bilər. 

Bu barədə Demokrat.az-a Tahir Kərimovun yaxın ətrafından məlumat daxil olub. 

Məlumata görə, Tahir Kərimov yaxın vaxtlarda dövlət qurumlarından birində yüksək vəzifəyə gedəcəyini bildirib. Hətta, Tahir Kərimov yeni vəzifəyə gedəcəyi münasibətilə özünə yeni kostyum alıb.  

Xəbəri dəqiqləşdirmək üçün Tahir Kərimov telefon zənglərimizə cavab verməyib. 


Zaur Hacılı
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top