Ölkəyə dərman gətirmək asanlaşır — Baş nazir tapşırıq verdi

SOSİAL 09 dek 2022, 12:53
“Mövcud qanunvericiliyə əsasən xaricdən fiziki şəxslər özlərinə lazım olan qədər dərman vasitəsi gətirə biləcək”.

Demokrat.az
xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Baş nazir Əli Əsədov bildirib.

“Bununla bağlı zəruri olan miqdarın müəyyən edilməsi üçün Səhiyyə Nazirliyinə, Dövlət Gömrük Komitəsinə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə müvafiq tapşırıqlar verilib. Eyni zamanda Milli Məclisin Səhiyyə komitəsinin üzvlərini müzakirələrdə iştirak etməyə dəvət edirik. Bu qanunla xaricdən fiziki şəxslər özünə lazım olan qədər dərman vasitəsini gətirə biləcək”, - deyə baş nazir vurğulayıb.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top