6 yaşlı qızını ərə verən din xadimi DANIŞDI

REGİON 09 dek 2022, 11:14
6 yaşındakı qızını ərə verməklə gündəmə gələn Hiranur Vəqfinin qurucusu Yusif Ziya Gümüşel sükutu pozub.

Demokrat.az
-ın Türkiyə mediasına istinadən xəbərinə görə, Z.Gümüşel mətbuat və internetdə yayılan xəbərlərin insanları təhqir etmək üçün planlaşdırıldığını deyib.

O, həmçinin qızının İslama və hüquqi qaydalara uyğun ailə qurduğunu, bununla bağlı heç kəsdən ona təziq olmadığını bildirib.

"Qızım son zamanlar ailədaxili problemlərə görə bəzi insanların təsiri altına düşərək, həyat yoldaşını və ailəsini tərk edib. 12  oktyabr 2021-ci ildə isə rəsmən boşanıb. Yenə də deyirəm bu xəbər sırf iddiadır. Məhkəmə prosesi davam edir və biz bununla bağlı bütün sübutları məhkəməyə təqdim etmişik . Proses zamanı bütün faktlar aydınlaşdırılacaq".

O, qızının psixoloji problemlərindən də danışıb:

"İki ildir ki, qızımızın bir sıra psixoloji problemləri var. Bu müddətdə onun və övladının düşdüyü vəziyyətə üzüldüyümüz yetməzmiş kimi, bu xəbərlərin yayılması da bizi dərindən sarsıtdı. Bu xəbərləri yayaraq, ailə nüfuzumuza xələl gətirən insanlar və qurumlar haqda bütün hüquqi vasitələrə əl atacağıq.

Arzu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top