“İqtidarla dialoq yenilənməlidir” — İlqar Məmmədov bəyanat verib

SİYASƏT 08 dekabr 2022, 20:58
REAL Pariyasının sədri İlqar Məmmədov iqtidar-müxalifət arasında siyasi dialoqun yenilənməsini təklif edib.

Azpost.info bildirir ki, İ.Məmmədov bununla bağlı hakimiyyətə müraciətində bildirib.

Partiya sədri deyib ki, hakimiyyətlə dialoq müharibə ərəfəsində başqa Azərbaycanda -torpaqları işğal altında olan ölkədə başlamışdı: “Həmin dövrdə milli birliyə verdiyimiz töfhə dialoqun ən ciddi nəticəsi oldu. Ölkəmiz müharibəni qazandı, beynəlxalq mövqelərini möhkəmləndirdi. Başqa nəticələr də oldu”.

Onun sözlərinə görə bundan sonra nə olacaqsa, tarixi nəticə dəyişməyəcək: “2020-2022 dialoqu bütün çatışmazlıqlarına baxmayaraq ümumən millətimizə faydalı oldu”.

REAL sədri vurğulayıb ki, vaxt keçdikcə fikir ayrılıqları artıb: “Əlaqələrimiz qaynar xətt səviyyəsinə endi.  İndi dialoq yenilənməli, xarici siyasət məqsədlərindən daha çox daxili siyasət məqsədlərinə istiqamət almalıdır”-deyə İ.Məmmədov bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top