Salyanda Heydər Əliyevin xatirəsinə həsr edilmiş paurliftinq üzrə rayon çempionatı keçirildi

İDMAN 08 dek 2022, 18:00
08  dekabr 2022-ci il tarixdə Salyan  rayon  Gənclər  və  İdman İdarəsi  tərəfindən  Salyan  şəhər  Taleh  Davudzadə  küçəsində  yerləşən Fitness Park  trenajor  zalında  Ümummilli  Lider  Heydər  Əliyevin  əziz  xatirəsinə   həsr edilmiş  gənclər və  böyüklər  arasında pauerliftinq  idman növü  üzrə  rayon  çempionatı keçirilmişdir.

Demokrat.az xəbər verir ki, əvəlcə  Ümummilli  Lider  Heydər  Əliyevin  əziz  xatirəsi  bir dəqiqəlik  sükutla  yad edildi. 
 
Tədbirdə çıxış edən Salyan  rayon  Gənclər  və  İdman İdarəsinin  rəisi   Araz  Hüseynov  bildirdi ki, Ümummilli lider Heydər Əliyev müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusudur. Ulu öndərin xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətlərindən biri də uğurlu dövlət quruculuğu prosesinin əsasının qoyulmasıdır. Bu, Azərbaycanın müasir müstəqil dövlət kimi inkişafı baxımından çox mühüm əhəmiyyətə malikdir. Təkmil siyasi sistemin, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinin, siyasi mədəniyyətin əsasının qoyulması, davamlı siyasi-hüquqi islahatların həyata keçirilməsi, eyni zamanda, milli həmrəylik və bütövlüyü təmin edən ideologiyanın yaradılması bu kontekstdə xüsusilə vurğulanmalıdır.

Daha  sonra  yarışa  start  verildi. Müvafiq   yaş  qrupları  üzrə  idmançılar  benç-press növündə mübarizəyə başladı.

Yekun  nəticədə  ən yüksək nəticələr göstərən  idmançılar  müəyyənləşdi.  Gənclər  arasında  III  yeri  Cəfərov Arif (75 kq),  II yeri Həmidov  Əhməd (80 kq),  I  yeri  isə Əzizov  Bəhmən (90  kq),  Böyüklər  arasında  II  yeri  Əlizadə  İsmayıl  (100 kq)  I  yeri  Cəfərov İlqar (150 kq),  Ağır  Çəkidə  III yeri Nağıyev  Ceyhun  (105 kq), II  yeri  Abdullayev  Hüseyn (135  kq),  I  yeri  isə   Cəfərov  Fəqan  (155  kq)  tutdu.   Qaliblər  edən Salyan  rayon  Gənclər və  İdman İdarəsinin  rəisi   Araz  Hüseynov  tərəfindən  Salyan  rayon  Gənclər  və  İdman İdarəsinin  diplom  və  medalları ilə  təltif  edildilər



 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top