Azərbaycanın daha bir rayonunda zəlzələ oldu — RƏSMİ

HADİSƏ 08 dek 2022, 12:25
Zaqatala stansiyasından 47 km şimalda daha bir zəlzələ olub.

Bu barədə Demokrat.az Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 11:16-da Zaqatala stansiyasından 47 km şimalda, Rusiya ərazisində zəlzələ baş verib.

Maqnitudası 3,4 olan zəlzələ 24 km dərinlikdə qeydə alınıb.

Qeyd edək ki, bu gün yerli vaxtla saat 10:42-də Zaqatala stansiyasından 47 km şimalda, Rusiya ərazisində daha bir zəlzələ olub. Zəlzələ Azərbaycanın sərhəd rayonlarında 4-3 bala qədər hiss olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top