Xocalıda sülhməramlılarla Azərbaycan davası aparan qəhrəman jurnalist kimdir?

MEDİA 08 dek 2022, 12:39
Xocalıda Rusiya sülhməramlıları ilə İctimai TV-nin əməkdaşı arasında yaşanan insident ictimaiyyətdə əsas müzakirə mövzusuna çevrilib.

Xatırladaq ki, Qarabağda Azərbaycana məxsus təbii ehtiyatların qanunsuz istismarını araşdıracaq monitorinq qrupumuz ilə Rusiya sülhməramlı kontingentinin komandanı bu gün sülhməramlıların Xocalıdakı qərargahında danışıqlar aparıb.
Monitorinq qrupunu Azərbaycan media nümayəndələri də müşayiət edib. Xocalıya yola düşən media nümayəndələri tərkibində olan İctimai TV-nin əməkdaşı ilə sülhməramlılar arasında mübahisə düşüb. İTV-nin əməkdaşının həmin vaxt nümayiş etdirdiyi mövqe və mübarizliyi sosial şəbəkələrdə müsbət qarşılanıb, alqışlanıb.

Azərbaycanlı jurnalistlər həmin insidenti kameranın yaddaşına köçürüblər.

Görüntülərdən aydın olur ki, İTV-nin Xəbərlər Departamentinin direktoru Fikrət Doluxanov sülhməramlıların “Dayan” əmrinə məhəl qoymadan rusların postunu keçərək Azərbaycan ərazisində piyada irəliləməyə davam edir. Bu zaman sülhməramlılar jurnalistin onlara ünvanladığı suallara heç bir açıqlama vermədən, öz mandatlarına uyğun olmadan onu hər vəchlə dayandırmağa tələsirlər. F.Doluxanov və İTV-nin kameramanı həyatlarını belə demək olarsa, riskə atıblar. F.Doluxanov, “Bura Azərbaycan ərazisidir, bizim bura keçməyimizə mane ola bilməzsiniz!” deyə etirazını bildirməklə vətəndaş mövqeyini müdafiə etməkdən sonadək dönməyib. Hətta bu zaman sülhməramlılar maşını onun üstünə sürməkdən belə çəkinməyiblər. Həmçinin, çəkiliş zamanı Gürcüstan nömrəli avtomobilin əraziyə buraxıldığının şahidi oluruq. Jurnalist bununla bağlı “İran, Gürcüstan vətəndaşı bura gələ bilir, İsveç şirkəti fəaliyyət göstərə bilir, amma Azərbaycan jurnalistinə öz ərazilərində çəkiliş aparmağa icazə verilmir”, – deyə etirazını bildirib.

Fikrət Doluxanovun feysbuk səhifəsinə nəzər saldıqda, onun Azərbaycan və Türkiyə sevdalısı, vətənpərvər bir insan olduğu aydın görünür.

Demokrat.az Rusiya sülhməramlıları ilə Azərbaycan davası aparan bu gənc jurnalist barədə dosyeni təqdim edir:

Fikrət Dolukhanov 2015-ci ildə Bakı Slavyan Universitetini bitirib.

O, Trend Xəbər Agentliyində müxbir, Report.az saytında redaktor olaraq fəaliyyət göstərib.

Hazırda Fikrət Dolukhanov İctimai Televiziyanın Xəbərlər Departamentinin direktoru vəzifəsində çalışır.

Qlobalinfo.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top