“Qarabağdan Azərbaycana məxsus sərvətlər daşınaraq ayrı-ayrı istiqamətlərə aparılır” — Deputat

QARABAĞ 07 dek 2022, 17:39
“Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkovun çıxışı bir daha onu göstərdi ki, rus sülhməramlıları bölgəyə nəzarət edə bilmirlər”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib. Deputat qeyd edib ki, bu ərazidən nəinki narkotika, eləcə də silah-sursatın və digər əşyaların rahatlıqla keçirilməsi mümkündür.

“Bu da onu göstərir ki, bu gün həqiqətən də, Qarabağdan Azərbaycana məxsus sərvətlər daşınaraq ayrı-ayrı istiqamətlərə aparılır. Ümumillikdə götürdükdə bu müsahibədə bir çox diqqət çəkən məqamlar var idi. Bu müsahibə göstərdi ki, Azərbaycanın narahatlıqları haqlıdır, həqiqətən bu ərazilərdən Azərbaycan əleyhinə istifadə ehtimalı böyükdür. Bir müddət bundan əvvəl Azərbaycan tərəfi açıqlama vermişdir ki, buradan silahlar daşınır, eyni zamanda İranın diversiya qrupunun üzvlərinin Qarabağa səfəri və bura getməsi üçün şəraitin yaradılması faktları mövcuddur. Burada həqqəitən bir sıra boşluqlar mövcuddur. Bu boşluqların aradan qaldırılması bu günümüzün əsas tələblərindən biridir. Ona görə Azərbaycanın burada müəyyən nəzarət mexanizmləri qurması və həyata keçirməsi günümüzün reallığı və tələbidir. Bu istiqamətdə Azərbaycan gələcəkdə də öz müşahidələrini, həm də nəzarət mexanizmlərini qurulması məsələsini diqqətdə saxlayacaq. Yekun olaraq onu qeyd edə bilərik ki, Rusiya sülhmərmalılarının həm də üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gələ bilmədiklərini açıq göstərir”.  

Nəzrin
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top