Almaniyada dövlət çevrilişi hazırlayanlar Rusiyadan dəstək almaq istəyib

DÜNYA 07 dek 2022, 16:47
Almaniyada dövlət çevrilişinə hazırlaşmaqda şübhəli bilinənlər Rusiya nümayəndələri ilə əlaqə saxlasalar da, heç bir dəstək almayıblar.

Demokrat.az  xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə çərşənbə günü Almaniya Baş Prokurorluğunun yaydığı məlumatda deyilir.

Prokurorluğun məlumatına görə, “reyxsbürgerlər” ölkədə konstitusiya hakimiyyətini devirməyi planlaşdırıblar. “Bunun üçün Almaniya polisi bu gün səhər saatlarından genişmiqyaslı antiterror əməliyyatı həyata keçirib. Federal prokurorluq “Reyxsbürgerlər” arasından olan terror şəbəkəsini araşdırır. Konstitusiya hakimiyyətinə qarşı silahlı hücumun planlaşdırıldığına dair şübhələr var”, - deyəAlmaniyanın ədliyyə naziri Marko Buşman Twitter-də yazıb.

“Reyxsbürgerlər” AFR-i tanımır və özlərini “Alman Reyxinin” vətəndaşları hesab edirlər. Onlar dağılmış bir imperiya üçün alternativ şəxsiyyətlər və sürücülük vəsiqələri hazırlayırlar. Hərəkat 1980-ci illərdə yaranıb. “Deutsche Welle” kanalının məlumattına görə, 2017-ci ildə təşkilatın Almaniyada 16 mindən çox tərəfdarı olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top