BMT rəsmisi: “Ukraynada müharibə nəticəsində 17 mindən çox mülki şəxs ölüb”

DÜNYA 06 dek 2022, 21:30
2022-ci ilin fevralından Ukraynada öldürülən mülki şəxslərin sayı 17 mini keçib. Onların 400-dən çoxu uşaqlardır.

Bu barədə çərşənbə axşamı BMT Təhlükəsizlik Şurasının iclasında Ümumdünya Humanitar Təşkilatının baş katibinin müavini Martin Qriffits məlumat verib.

“BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının 2022-ci il fevralın 24-dən dekabrın 1-nə kimi olna məlumtın görə, Ukraynadakı müharibə nəticəsində 419-u uşaq olmaqla 17 023 mülki şəxs həlak olub. Lakin biz bilirik ki, real rəqəmlər bundan qat-qat çoxdur. Ümumdünya Səhiyyə Təşkilatı səhiyyə infrastrukturuna 715 hücum qeydə alıb ki, bu da cari ildə dünya miqyasında səhiyyə müəssisələrinə edilən bütün hücumların 70%-ni təşkil edir. Təşkilatın məlumatın görə, 1148 uşaq həlak olub və ya yaralanıb, milyonlarla insan qaçmağa, ailələrindən ayrı düşməyə məcbur olub və hazırda zorakılıq riski altındadır”, - deyə BMT rəsmisi bildirib. Qriffits mülki şəxslərin ölümlərinin hansı ərazilərdə qeydə alındığını dəqiqləşdirməyib.

“Ümumilikdə 14 milyona yaxın insan evlərini tərk etmək məcburiyyətində qalıb, onlardan 6,5 milyonu Ukrayna ərazisində, 7,8 milyondan çoxu isə Avropadadır”, - o əlavə edib.
Qriffits qeyd edib ki, mülki əhali üçün havaların soyuması xüsusi təhlükə yaradır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top