Kursk aeroportuna PUA hücumu — Yanacaq çəni yandı

REGİON 06 dek 2022, 15:53
Rusiyanın Kursk şəhərində hava limanına hücum edildiyi, yanacaq çəninin alovlandığı bildirilib.

Demokrat.az
TGRT HABER-ə istinadən xəbər verir ki, Rusiyanın cənub-qərbində yerləşən Kursk şəhərinin hava limanının pilotsuz təyyarə ilə hədəfə alınıb.

Kursk vilayətinin qubernatoru Roman Starovoit sosial media hesabından açıqlama verərək, hava limanında yanacaq tankerinin partladığını qeyd edib:
 
"İHA-nın hücumu nəticəsində Kursk hava limanında neft yanacaq daşıyan tanker alovlanıb". 

Hadisə nəticəsində insan tələfatı baş vermədiyi deyilir.

Yanğına vaxtında müdaxilə olunduğu bildirilib.

Jalə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top