DÇ-2022: Bu gün pley-offa yekun vurulur

İDMAN 06 dek 2022, 09:49
Qətərdə təşkil olunan futbol üzrə dünya çempionatının pley-off mərhələsinə bu gün yekun vurulacaq.

Demokrat.az
xəbər verir ki, günün ilk matçında Mərakeş millisi İspaniya ilə üz-üzə gələcək. Argentinadan olan FIFA referisi Fernando Rapallini idarə edəcəyi görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Günün sonuncu qarşılaşmasında Portuqaliya seçməsi İsveçrə millisi ilə qarşılaşacaq. Oyunun baş hakimi meksikalı Sesar Arturo Ramos olacaq. Görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Bu cütlərin qalibi dörddəbir finalda bir-birinə rəqib olacaq.

Qeyd edək ki, artıq dörddəbir final mərhələsinin üç cütü müəyyənləşib. Belə ki, Niderland millisi Argentina, İngiltərə isə Fransa, Xorvatiya seçməsi isə Braziliya ilə qarşılaşacaq.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top