DÇ-2022: Braziliya 4:1-lə 1/4 finalda

İDMAN 06 dek 2022, 01:01
DÇ-2022-də 1/8 finalın daha bir matçı keçirilib.

Demokrat.az
-ın məlumatına görə, Qətərdəki mundialın 16-cı günü Braziliya – Cənubi Koreya oyunu ilə yekunlaşıb.

Altıncı 1/4 finalçının müəyyənləşdiyi görüşün taleyi matçın ilk 45 dəqiqəsində həll olunub. Braziliyalılar qarşılaşmaya erkən qollarla başlayıb. Öncə Vinisius, ardınca Neymar asiyalıları məyus edib. Fasiləyədək Rişarilson və Lukas Paketa da rəqib qapısına yol tapıb. 

Asiyalıların gücü ikinci hissədə təsəlli qolu vurmağa çatıb. 4:1 hesablı qələbə qazanan pentakampeonlar 1/4 finala yüksəlib.

Qeyd edək ki, 1/8 finala sabah baş tutacaq iki görüşlə yekun vurulacaq.

DÇ-2022
1/8 final
5 dekabr

23:00. Braziliya – Cənubi Koreya - 4:1
Qollar:
Vinisius, 7, Neymar, 13 (pen.), Rişarilson, 29, Lukas Paketa, 36 - Seung-Ho Paik, 76.

Apasport.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top