Suriyada inzibati rəhbərliyin binasına basqın edildi — 2 nəfər öldü

DÜNYA 05 dek 2022, 15:07
Suriyada uzun müddətdən sonra Əsəd rejiminin nəzarətində olan ərazilərdə etiraz aksiyası olub.
 
Demokrat.az
xəbər verir ki, Suveyda şəhərində təhlükəsizlik qüvvələrinin etirazçılara müdaxiləsi nəticəsində 2 nəfər ölüb, 4 nəfər yaralanıb.

Yerli mətbuatın məlumatına görə, şəhərin Mişnek meydanına toplaşan nümayişçilər ölkənin iqtisadi vəziyyətinə etiraz edib. 

Etirazçıların yerli inzibati rəhbərliyin ofisinə girməyə və maşınları yandırmağa cəhd etdiyini görən  polis kütləyə atəş açıb. 

Hadisə zamanı iki etirazçı öldürülüb. Onlardan birinin mühafizəçi olduğu deyilir.

Qeyd edək ki, Suveyda şəhəri paytaxt Dəməşqlə 100 km məsafədədir.

Jalə
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top