Azad olunmuş ərazilərdə daha dörd mina aşkarlanıb — FOTO

HADİSƏ 05 dek 2022, 14:21
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatları açıqlayıb.

ANAMA-dan verilən məlumata görə, noyabrın 28-dən dekabrın 2-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 4 mina və 52 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 117 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top