Yollar buz bağlayacaq — Nazirlikdən XƏBƏRDARLIQ

HADİSƏ 05 dekabr 2022, 13:29
Milli Hidrometeorologiya Xidmətinin dekabrın 5-i saat 12:00-a olan məlumatına əsasən Daşkəsən, Gədəbəy, Naftalan, Gəncə, Şəmkir, Ağstafa, Balakən, Oğuz, Qəbələ, Zaqatala, Şəki, İsmayıllı, Şamaxı, Quba, Şabran, Tərtər, Yardımlı rayonlarına qar yağır. 

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 4 dərəcəyədək, Aran rayonlarında 3 dərəcəyədək   isti,  dağlıq rayonlarda 5-8, yüksək dağlıq ərazilərdə 11-13 dərəcə şaxta qeydə alınıb.

Ölkə ərazisində müşahidə olunan soyuq, şaxtalı hava şəraiti ilə əlaqədar dağlıq rayonlarda yolların buz bağlaması ehtimalı var.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
14 sentyabr 2025, 10:47
14 sentyabr 2025, 09:07
14 sentyabr 2025, 09:00
Top