“Ağlama ana”: Azərbaycanlı müğənnini 27 ildən sonra Vətənə qaytaran SƏBƏB (VİDEO)

İNCƏSƏNƏT 05 dek 2022, 00:10
Azərbaycanlı müğənni Zaur Bədəlov 1995-ci ildən tərk etdiyini Vətəninə döndü.

ABŞ-dan Azərbaycana qayıdan ifaçı 27 ildən sonra Demokrat.az-a danışdı. O, bu dəfə ürəyində qalan arzusunu yerinə yetirmək istədiyini dilə gətirdi. Özünün dediyi kimi, iki il öncə qazanılan 44 günlük Zəfərə öz töhfəsini vermək naminə “Ağlama ana” mahnısına həyat verdi. Sözləri mərhum şairimiz İsmayıl Dadaşova məxsus mahnıya klip çəkdirdi:

“Mən özümdən sonra nəsə bir miras qoymaq istəyirdim. Bu Qələbəyə öz töhfəmi vermək istəyirdim, onun bir parçası olmaq istəyirdim. Beləliklə, bu mahnını yazmaq qərarında gəldim. Belə bir fikrim var idi ki, pandemiya bitsin, yollar açılsın və mən Bakıya gəlim. “Ağlama, ana” mahnısına klip çəkdirim. Sözləri mərhum şairimiz İsmayıl Dadaşova aiddir. Aranjiman Yaşar Baxışa məxsusdur”. 

İstedadlı, özünəməxsus ifa tərzinə sahib Zaur Bədəlov bu möhtəşəm işin ideya müəllifi, təşkilatçısı da özüdür.  Maliyyə dəstəyi də ona məxsusdur, sənətçi bu əsəri səmimi qəlbdən xalqına və ölkəsinə ithaf edir.

Z.Bədəlovun “Ağlama ana” mahnısına çəkilmiş klipin əvvəlində müğənni öz səsilə “bu mahnımı Vətən uğrunda şəhid olan əsgərlərimizə və şəhid analarına həsr edirəm” deyə başlayır. Olduqca təsirli klipi izləyicilərə təqdim edirik:




Zaur
Demokrat.az 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top