Fransa 1/4 finalda

İDMAN 04 dek 2022, 20:59
DÇ-2022-də 1/8 final mərhələsi davam edir.

Qol.az xəbər verir ki, bu gün üçün nəzərdə tutulan 2 matçdan artıq 1-i başa çatıb. Günün ilk oyununda Fransa Polşa ilə üz-üzə gəlib. "Al Tumama" stadionundakı görüşdə Fransa qələbə qazanıb (3:1) və 1/4 finala adlayıb.

Saat 23:00-da "Əl Bayt" stadionunda İngiltərə - Seneqal qarşılaşması oynanılacaq. Bugünkü oyunların qalibləri 1/4 finalda bir-birləri ilə üz-üzə gələcək.

Qeyd edək ki, Niderland və Argentina 1/4 finala yüksəliblər.

4 dekabr

19:00. Fransa - Polşa - 3:1

Qollar: Olivye Jiru, 44 (1:0), Kilian Mbappe, 74 (2:0), 90+1 (3:0), Robert Levandovski, 90+9 (3:1)

23:00. İngiltərə - Seneqal

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top