Qəbələdə itkin düşən şəxs 4 gün əvvəl gəzmək adı ilə evdən çıxıb

HADİSƏ 03 dek 2022, 18:12
Qəbələdə 4 gün öncə itkin düşən Səyavuş İbrahimxəlil oğlu Həmidovun tapılması istiqamətində əməliyyat axtarış tədbirləri davam edir.

APA-nın yerli bürosunun xəbərinə görə, bu gün səhər saatlarından FHN-nin Şimal-qərb Regional Mərkəzinin xilasetmə qüvvələri axtarışlara cəlb olunub.

Axtarışda FHN-nin əməkdaşları ilə yanaşı itkin düşən şəxsin yaxınları və qohumları da iştirak edir. Axtarışlar Qəbələnin şimal tərəfindəki dağ ətəyi ərazilərdə, dağlarda və Şonqar bulağı adlanan ərazidə aparılır.

İtkinin qardaşı Mehdi Həmidov  bildirib ki, o, gəzmək adı ilə evdən çıxıb və bir daha geri dönməyib: “Hazırda ailəsi və yaxınlarımız pərişan və həyəcanlı gələcək xoş xəbər gözləyirik. Ümid edirik ki, tez zamanda qardaşım tapılacaq”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top