Bəzi marşrut avtobusları xətdən çıxarıldı

İNFRASTRUKTUR 03 dek 2022, 13:37
“Xaliq Faiqoğlu” MMC xidmət göstərdiyi marşrut xətləri üzrə avtobusların əksəriyyətini xətdən çıxarıb.

Bu barədə “Xaliq Faiqoğlu” MMC sosial şəbəkədə məlumat yayıb.

Bildirilib ki, hazırda həmin avtobuslar ödəniş aparatlarında yaranmış problemlər səbəbindən xidmət göstərə bilmirlər.

Qeyd edək ki, səhər saatlarında sosial şəbəkə istifadəçiləri avtobuslara quraşdırılmış elektron ödəniş terminallarının işləmədiyinə dair paylaşımlar ediblər. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top