Azərbaycanın I vitse-prezidenti Mehriban Əliyeva və qızı Leyla Əliyeva Bakının Xəzər rayonunda yerləşən Pir Həsən ziyarətgahında olub.
Demokrat.Az-ın xəbərinə görə, Mehriban Əliyeva özünün sosial şəbəkədəki hesabında ziyarətdən çəkilmiş fotoları paylaşıb.
Birinci vitse-prezident qeydində Azərbaycan xalqına Ramazan ayı münasibətilə də arzularını yazıb:
"İnsanların qəlbini nurlandıran, onları birliyə, sülh və əmin-amanlığa, əxlaqi saflığa, xeyirxah əməllərə dəvət edən mübarək Ramazan günlərində xoş niyyətlərinizlə həmrəy olduğumu bildirir, bütün dua və diləklərinizin Tanrı tərəfindən eşidilib qəbul olunmasını arzu edirəm”.
Demokrat.Az