Ərdoğanın sözçüsündən İsveç televiziyasına SƏRT REASKİYA: “Bu, jurnalistika deyil” — VİDEO

REGİON 02 dek 2022, 14:53
Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın İsveç dövlət televiziyasında müsahibəsini yarıda kəsib.

Demokrat az
xəbər verir ki, jurnalistin Türkiyənin narkotik dəstələri və mafiyanın mərkəzinə çevrilməsi iddiasına Kalının reaksiyası sərt olub .

O, "Bu, PKK və FETÖ-nun söhbətidir. Biz bu iddiaları dəfələrlə eşitmişik. Bunların bizi qorxudacağını düşünməyin. Bu dürüst jurnalistika deyil. Siz əsassız ittihamlarla çıxış edirsiniz. Mənə verdiyin suallar sanki gerçəkmiş kimi yanaşırsan.Və bunlara cavab verməyimi istəyirsən" deyə bildirib .

İbrahim Kalın həmçinin, Türkiyənin kokain və narkotik alverçilərinin  mərkəzinə çevrildiyini dair inanc və ittihamları tamamilə rədd edib:

"Siz mənə bir hesabatdan danışırsınız ki, mən onların kim olduqlarını və nə yazdıqlarını bilmirəm. Amma bütün ölkəni dəhşətli bir şeylə ittiham edirsiniz. Mən bunu davam etdirmək istəmirəm" deyərək müsahibəni yarıda kəsib./Haber Global
Zamiq
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top