25 yaşlı oğlan sevgilisinə zəng etdikdən sonra özünü GÜLLƏLƏDİ — ŞOK HADİSƏ

REGİON 02 dek 2022, 09:36
İstanbulda 25 yaşlı gənc oğlan intihar edib. 

Demokrat.az
xəbər verir ki, hadisə ötən gün 22:30 da Kağıthanə Seyrantəpədə baş verib. 

Məlumata görə elektrik işləyən 25 yaşlı Dəniz Bərbər axşam saatlarında sevgilisinə zəng edərək halallıq istəyib. Daha sonra avtomobilinə minən Bərbər həmişə dostları ilə görüşdüyü küçəyə çıxaraq üstündəki tapança ilə başından atəş açıb.

Hadisə yerinə çağrılan tibbi yardım əməkdaşları müayinələrdən sonra gəncin öldüyünü bildiriblər.

İntihardan sonra polislər avtomobilin ətrafına təhlükəsizlik zolağı çəkərək araşdırma aparıb .

Gəncin cəsədi ekspertiza üçün Ədliyyə Tibb Təşkilatının meyitxanasina aparılıb. 

Faktla bağlı araşdırma aparılır . (Mənbə: İHA)

Zamiq
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top