Bayden və Makron Ukraynaya lazımi yardım göstərəcəklərini vəd ediblər

DÜNYA 01 dek 2022, 22:41
ABŞ və Fransa Kiyevə lazım olan müddətdə lazımi yardımı göstərəcək.

Demokrat.az xəbər verir ki, bu barədə məlumat ABŞ prezidenti Co Bayden və Fransa prezidenti Emmanuel Makronun Ağ Evdəki görüşündən sonra birgə bəyanatda verilib.

"Fransa və ABŞ hava hücumundan müdafiə sistemlərinin və enerji sisteminin bərpası üçün zəruri olan avadanlıqların tədarükünü intensivləşdirmək niyyətindədirlər"-bəyanatda deyilir.

Qeyd edək ki, Fransa prezidenti Emmanuel Makron noyabrın 30-da ABŞ-a üç günlük rəsmi səfərə gəlib .

Leyla
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top