Kreml Rusiya ilə ABŞ arasında əsir mübadiləsi ilə bağlı spekulyasiyalar edib

DÜNYA 01 dek 2022, 22:51
Rusiya ilə ABŞ arasında əsir mübadiləsi mövzusu ancaq sükutla müzakirə oluna bilər. 

Demokrat.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Biz bu haqda danışmırıq və hamını həmin mövzuda susmağa çağırırıq. Belə hallar yalnız sükutla müzakirə oluna bilər”, - deyə Kremlin sözçüsü əlavə edib.

D.Peskov qeyd edib ki, ilin sonuna qədər Rusiya ilə ABŞ tərəfi arasında təmasların aparılması planlaşdırılmır.

Bundan əvvəl Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib ki, Moskva ilə Vaşinqton arasında məhbus mübadiləsi üçün hər zaman şans var. O, qeyd edib ki, Rusiya tərəfi bu məsələdə dinamikanı müşahidə etmir.

Jalə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top